Dek
2020
14:43
271
54
4618
Virtual karabakh

Cəbrayıl Həsənov karyerasını bitirdi: Federasiyadan münasibət - YENİLƏNİB

2 Dek, 2020
14:43
4618

Cəbrayıl Həsənov karyerasını bitirdi: Federasiyadan münasibət - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Güləş Federasiyası sərbəst güləş üzrə millimizin kapitanı Cəbrayıl Həsənovun karyerasını bitirməsi xəbərinə münasibət bildirib.

Federasiyadan Oxu.Az-a verilən məlumata görə, buna yaxın günlərdə aydınlıq gətiriləcək:

“Cəbrayıl Həsənov sərbəst güləş yığmamızın titullu güləşçilərindən biridir. Milli komandanın kapitanı daha öncə Tokio Olimpiadasından sonra karyerasını başa vurmağı planlaşdırırdı. Bildiyiniz kimi, Olimpiya Oyunları bir il təxirə salındı.

Ona görə də C.Həsənovun yaxın müddətdə idmançı karyerasını bitirəcəyi istisna olunmur. Ancaq buna hələ qəti qərar verilməyib. Yaxın müddətdə onun karyerasını başa vurub-vurmayacağına aydınlıq gələcək və bu qərar ictimaiyyətə açıqlanacaq”.

12:38

Sərbəst güləş millimizin kapitanı Cəbrayıl Həsənov karyerasını başa vurub.

Oxu.Az-ın əldə etdiyi özəl məlumata görə, zədələrlə mübarizə aparan 30 yaşlı güləşçi gələn il keçiriləcək Tokio Yay Olimpiya Oyunlarını gözləmədən karyerasını bitirmək qərarına gəlib.

Qeyd edək ki, Cəbrayıl Həsənov 2016-cı il Rio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Üçqat Avropa çempionu olan Cəbrayılın aktivində dördqat dünya mükafatı (iki gümüş və iki bürünc medal) da var. Həmçinin, Həsənov I Avropa Oyunlarının, 2012-ci ildə Bakıda keçirilmiş Dünya Kubokunun və Yay Universiadasının mükafatçısıdır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri