Dek
2020
16:45
27
169
3426
Virtual karabakh

Qaradağın icra başçısının AIBA prezidenti postunda rəqibləri kimlərdir?

2 Dek, 2020
16:45
3426

Qaradağın icra başçısının AIBA prezidenti postunda rəqibləri kimlərdir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daha əvvəl xəbər verdiyimiz kimi, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidenti seçilə bilər.

Noyabrın 3-dən başlanan seçki prosesində artıq S.Mikayılovun rəqibləri bilinir. Prezidentliyə namizədlərin sayı yeddidir. Bəs, bunlar kimlərdir?

Digər altı namizəd Rami Əl-Masri (Almaniya), Anas Əl Otaiba (BƏƏ), Umar Kremlev (Rusiya), Məhəmməd Mustahsan (Mərakeş), Dominqo Solano (Dominikan) və Boris van der Vorstdur (Niderland). Bunlardan Məhəmməd Mustahsan hazırda qurumun prezidenti postunu müvəqqəti olaraq icra edir.

Qeyd edək ki, AIBA-ya prezident seçkiləri dekabrın 12-də keçiriləcək. Seçkinin, həmçinin AIBA Konqressinin əvvəl Macarıstanın paytaxtı Budapeştdə keçiriləcəyi deyilsə də, həmin tədbir koronavirus pandemiyası səbəbindən onlayn şəkildə baş tutacaq.

Onu da bildirək ki, Süleyman Mikayılov həm də Azərbaycan Boks Federasiyasının vitse-prezidenti və AIBA-nın İcraiyyə Komitəsinin üzvüdür.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri