Dek
2020
23:48
623
75
8090
Virtual karabakh

“Qarabağ” bu mövsüm Avroliqada ilk xalını qazandı - YENİLƏNİB

3 Dek, 2020
23:48
8090

“Qarabağ” bu mövsüm Avroliqada ilk xalını qazandı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilmiş “Qarabağ” - “Makkabi” matçı başa çatıb. 

Oyunda qalib müəyyələşməyib - 1:1.

Bununla da “Qarabağ” bu mövsüm qrup mərhələsindəki ilk xalını qazanıb. 

22:33

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ” - “Makkabi” matçında hesab dəyişib.

Qarşılaşmanın 37-ci dəqiqəsində Ağdam təmsilçisinin hücumçusu Xayme Romero bərabərlik qolunu vurub. 

22:20

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ” - “Makkabi” matçında hesab açılıb. 

Qarşılaşmanın 22-ci dəqiqəsində israillilərin oyunçusu Kohen penalti zərbəsi ilə “Makkabi”ni hesabda önə çıxarıb.

Hazırda “Qarabağ” məğlub durumdadır.

21:56

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ” - “Makkabi” matçı start götürüb.

Hazırda oyunda hesab açılmayıb.

21:23

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda üz-üzə gələcək “Qarabağ” və İsrail “Makkabi”sinin (Tel-Əviv) start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 77. Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 44. Elvin Cəfərquliyev, 7. Ovusu Kvabena, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev 

Məşqçi: Elçin Rəhmanov

“Makkabi”: 19. Daniel Tennenbaum, 30. Maor Kandil, 18. Eytan Tibi, 21. Şeran Yeini (k), 27. Ofir Davidzada, 23. Eyal Qolasa, 42. Dor Perets, 24. Yonatan Kohen, 44. Luis Ernandes, 17. Dan Biton, 9. Nik Blekmen

Ehtiyat oyunçular: 1. Daniel Perets, 3. Matan Baltaksa 11. Tal Ben Haim, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 39. Eduardo Gerrero, 47. Eden Karzev, 10. Etey Şexter, 6. Dan Qlazer, 31. Şahar Piven, 72. Aleksandar Peşiç

Baş məşqçi: Giorgios Donis

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

07:35

Bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunları keçiriləcək. 

Oxu.Az xəbər verir ki, Azərbaycanı bu çempionatda təmsil edən yeganə klub olan “Qarabağ” İsrailin “Makkabi” kollektivi ilə qarşılaşacaq. 

Oyun İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda qarşılaşacağı “Makkabi” ilə oyunöncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.

Baş məşqçi Qurban Qurbanov, kapitan Maksim Medvedev, hücumçu Musa Qurbanlı və tərcüməçilər Elvar Quliyevlə Aydın Rüstəmovdan sonra Mahir Emreli və Abbas Hüseynovda da koronavirus aşkarlanıb. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri