Dek
2020
09:00
117
18
3967
Virtual karabakh

Madrid “Real”ının baş məşqçisi postuna namizədləri bilindi

İspaniyanın “Real” klubunun baş məşqçisi postuna Maurisio Poçettino və Raul namizəddir.

Bununla bağlı “Marca” qəzeti məlumat yayıb. 

Qəzetin yaydığı məlumata görə, klub rəhbərliyi hazırki baş məşqçi Zinədin Zidanın nəticələrindən razı deyil. “Real” İspaniya çempionatının son üç oyununda qələbə qazana bilməyib, Çempionlar Liqasında isə “Şaxtyor”a 0:2 hesabı ilə uduzaraq, qrupda üçüncü yerə düşüb. 

48 yaşlı Poçettino prioritet variant hesab edilir. Argentinalının son iş yeri İngiltərənin “Tottenhem” klubu olub. 43 yaşlı Raul isə “Real”ın rekordçusudur. O, klubda keçirdiyi qarşılaşmalarda 741 qol vurub və hazırda madridlilərin ehtiyat komandası olan “Kastilyo”nun baş məşqçisidir. 

“Real” İspaniya çempionatında keçirdiyi 10 oyundan sonra 17 xalla 4-cü yerdə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri