Dek
2020
05:32
207
41
17782
Virtual karabakh

Maradonanın iki saat taxmasının sirri açıldı – FOTO

4 Dek, 2020
05:32
17782

Maradonanın iki saat taxmasının sirri açıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya yığmasının keçmiş hücumçusu Ronaldo əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın iki saat taxmasının sirrini açıqlayıb.

Bu barədə “Championat” xəbər yayıb.

Onun sözlərinə görə, bu sirri Madriddə onların ilk görüşlərindən biri zamanı öyrənib.

“Maradona ilə şam edəcəkdik. O, qolunda iki saatla gəldi. Mən bunun səbəbini soruşdum. O, bunun qızının hədiyyəsi olduğunu deyərək, başqa şəkildə evdən çıxmadığını söylədi. Yeməyin sonunda Dieqo saatlardan birini çıxarıb mənə hədiyyə etdi. Götürmək istəmədim, amma o, əsəbiləşdi və çıxış yolum qalmadı”, - deyə Ronaldo xatirəsini bölüşüb.

O, Maradonanın səxavətini və dostluqlarını xatırlatmaq üçün bu saatı ömrünün sonuna qədər saxlayacağını vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri