Dek
2020
17:36
244
20
2603
Virtual karabakh

Kahveçi het-trik edən dördüncü türk, üç qol vurub məyus olan üçüncü futbolçu oldu

“İstanbul Başakşəhər”in futbolçusu İrfan Can Kahveçi Çempionlar Liqasında het-trikə imza atan 4-cü türk futbolçu olub.

Qrup mərhələsinin V turunun Almaniyanın “Leypsiq” klubu ilə ev oyununda (3:4) üç qol vurmuş  yarımmüdafiəçidən əvvəl üç həmyerlisi bunu bacarıb.

Tuncay Şanlı (2004-cü il) “Fənərbaxça” – “Mançester Yunayted” 3:0
Burak Yılmaz (2012-ci il) ÇFR – “Qalatasaray” 1:3
Arda Turan (2016-cı il) “Barselona” – “Borusiya” (Mönxenqladbax) 4:0

Qeyd edək ki, Türkiyə millisinin futbolçusu hər üç qolu cərimə meydançasının kənarından vurub. Çempionlar Liqasında buna sonuncu dəfə 2004-cü ildə təsadüf olunub. Həmin vaxt Veyn Runi “Fənərbaxça”nı bu yolla məyus edib.

Həmçinin, İrfan Can Kahveçi Çempionlar Liqası tarixində het-trik edən, lakin komandası uduzan üçüncü futbolçu olub. Digər iki futbolçu Madrid “Real”ının sabiq oyunçuları braziliyalı Ronaldo ilə uelsli Qaret Beyldir. Beyl bu uğur və ya uğursuzluğa hazırda çıxış etdiyi İngiltərənin “Totenhem” klubunda imza atıb.

Ronaldo (2003-cü il) “Real” – “Mançester Yunayted” 3:4
Qaret Beyl (2010-cu il) “İnter” – “Totenhem” 4:3

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri