Dek
2020
14:04
23
245
1919
Virtual karabakh

“Qarabağ”da daha beş futbolçu koronavirusa yoluxdu - RƏSMİ

5 Dek, 2020
14:04
1919

“Qarabağ”da daha beş futbolçu koronavirusa yoluxdu - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” futbol klubunun daha beş futbolçusunda koronavirus aşkarlanıb. 

Bu barədə klub rəsmi açıqlama yayıb. 

Belə ki, komanda UEFA Avropa Liqasının qrup mərhələsində “Makkabi” ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın XII turunda sabah qarşılaşacağı “Qəbələ” ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib.

Testin nəticələrinə görə futbolçulardan Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və kolumbiyalı Kevin Medinada koronavirus aşkarlanıb. Öncə isə testin nəticəsi pozitiv olan daha iki futbolçu – Mahir Emreli və Abbas Hüseynov müalicələrini davam etdirir.

Xatırladaq ki, milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri