10 
Dek
2020
09:55
32
198
4897
Virtual karabakh

Əfsanəvi Rossi öldü

10 Dek, 2020
09:55
4897

Əfsanəvi Rossi öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın əfsanəvi futbolçularından olan Paolo Rossi 64 yaşında vəfat edib.

Müalicəsi mümkün olmayan xəstəlik Rossinin ölümünə səbəb olub. 

Qeyd edək ki, Paolo Rossi 1982-ci ildə İspaniyada keçirilmiş dünya çempionatının qalibi və altı qolla bombardiri olub.

O, həmin mundialda Braziliyaya 3:2 hesabı ilə qalib gəldikləri görüşdə het-trik etməsi ilə yadda qalıb. Elə həmin il Avropanın ən yaxşı futbolçusuna verilən “Qızıl top”a layiq görülüb.

Qeyd edək ki, Paolo Rossi karyerası ərzində “Yuventus”, “Komo”, “Viçentsa”, “Milan” və “Verona” klublarında çıxış edib. O, İtaliya millisində 48 oyuna 20 qol vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri