Yan
2021
19:15
317
22
5193
Virtual karabakh

Aftandil Hacıyev sağaldı: “İndiyədək belə ağrılar keçirməmişdim” - MÜSAHİBƏ

4 Yan, 2021
19:15
5193

Aftandil Hacıyev sağaldı: “İndiyədək belə ağrılar keçirməmişdim” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyevin “Keşlə” – “Səbail” (20.12.2020) qarşılaşmasından öncə verdiyi koronavirus testinin cavabı müsbət çıxmışdı. Həkimlərin nəzarəti ilə evdə müalicə alan mütəxəssis artıq sağalaraq, məşqlərə geri qayıdıb.

Klubun rəsmi saytı komandanın baş məşqçisi Aftandil Hacıyevdən müsahibə götürüb.

– COVID-19-a yoluxduğunuzu göstərən ilk əlamətlər nələr idi? Sağalma prosesi necə keçdi?

– Öncədən koronavirusun bu qədər ciddi olduğunu təsəvvür etmirdim. İlk olaraq, başımda və kürək nahiyəmdə ağrılar hiss edirdim. Hansı ki, indiyə qədər belə ağrılar keçirməmişdim. Qrip deyildim, öskürmürdüm, sadəcə taqətdən salan ümumi halsızlıq var idi. Həkimlərin nəzarəti ilə evdə müalicə almağa başladım. Sağaldıqdan sonra bədən güc itirdiyinə görə, ilk həftəni ehtiyatlı olmağı tövsiyə etdilər.

– Aftandil müəllim, məşqlərdən və oyunlardan kənar qalmaq hansı təəssüratlar yaratdı?

– Həm futbolçu, həm məşqçi kimi uzun müddətdir bu işlə məşğulam. Futbol bizim peşəmizdir. Ən sevdiyimiz məşğuliyyət olduğuna görə, uzaq qalanda darıxmamaq mümkün deyil. İşimdən kənar qalmışdım deyə sıxılırdım. Ancaq sağlığıma görə, dözməyə məcbur idim. Hamıya sağlamlığını qorumağı tövsiyə edirəm.

– İki oyun sizin iştirakınız olmadan keçdi. Virtual iştirak etmək necə idi?

– İlk dəfədir virtual olaraq, məşq və oyunlarda iştirak edirdim. İlk olaraq qeyd edim ki, köməkçilərimə güvənirəm. Bilirdim ki, komandanın oyunlara məsuliyyətlə yanaşmasına yardım edəcəklər. “Keşlə” – “Səbail” oyununda bunun şahidi olduq. Köməkçi məşqçilərə və futbolçulara təşəkkür edirəm. İlk dəfədir, planşetlə oyun izləyib, tapşırıqlar verirdim. “Qəbələ” ilə oyunda isə iki fərqli hissə izlədik. İkinci hissədə rəqib qapısında kifayət qədər qol epizodu yarada bildik. Sadəcə olaraq, sonluğu gətirə bilmədik. Son anlara qədər cəhd etsək də, rəqib layiqli qələbə qazandı.

– “Səbail” PFK-nın qış fasiləsindəki hazırlıq planı nədir?

– Bugündən artıq məşqlərə başladıq. Legionerlər isə yanvarın 8-nə qədər ardıcıllıqla hazırlığa qoşulacaqlar. Bir həftəlik toplanışımız olacaq. Toplanışa qədər olan məşqlərimiz daha çox fiziki hazırlıq üzərində qurulub. Toplanış ərəfəsində isə həm fiziki, həm taktiki məşqlər olacaq. Toplanışın sonunda isə yanvarın 14-ü “Sabah”la yoldaşlıq oyunu baş tutacaq. Bu gündən etibarən yanvarın 21-i keçiriləcək “Neftçi” ilə oyuna hazırlığımıza start vermişik.

– Qış fasiləsindəki dəyişiklikdən sonra komandada hansı mövqeni gücləndirmək istəyirsiniz?

– Komandamızda yollarımızı ayırdığımız futbolçular var. Düşünürəm ki, heç bir futbolçu meydanda az oynamaq istəməz. Belə qərar gəldik ki, daha çox oynayacaqları komandaya getsələr yaxşı olar. Gedənlərin yerinə isə ən azı üç futbolçu heyətimizə cəlb etməyi düşünürük. Say olsun deyə yox, rəqabəti sevən və şərtlərimizə uyğun futbolçu cəlb edəcəyik. Bilirik ki, vaxt çox azdır. Əgər istədiyimiz kimi alınmasa, hazırki komanda ilə yolumuza davam edəcəyik. Hazırda bir müdafiəçi, bir yarımmüdafiəçi, bir hücuma meyilli futbolçu axtarışındayıq.

– Mövsümün ikinci hissəsində komandanın məqsədi nədir?

– Məqsədimiz mübarizəmizi sona qədər davam etdirməkdir. İki klubu çıxmaq şərti ilə, geridə qalan altı komanda da yüksək pillə üçün çıxış edir. Hər kəs kimi biz də mübarizəmizə davam edəcəyik. Mayda yüksək pillədə yer alaraq, istədiyimiz nəticəni almaq istəyirik.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri