11 
Yan
2021
11:51
220
7
1496
Virtual karabakh

“Qarabağ” Avropa Liqasından yarım milyon avro qazandı

11 Yan, 2021
11:51
1496

“Qarabağ” Avropa Liqasından yarım milyon avro qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın cari mövsüm avrokubokların qrup mərhələsində iştirakı zamanı televiziya yayımından əldə etdiyi məbləğ bilinib.

Bu mövsüm Ağdam təmsilçisinin büdcəsinə 500 min avro qazanc əlavə edilib.

Avropa Liqası iştirakçıları arasında televiziya yayımından ən çox gəlir əldə edənlər İngiltərə təmsilçiləridir. Bunlar “Tottenhem” (167 milyon avro), “Arsenal” (164 milyon) və “Lester”dir (140 milyon).

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının I qrupunda bir xalla sonuncu yeri tutub. Təmsilçimiz bir görüşdə heç-heçə edib, digər beş matçda uduzub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri