11 
Yan
2021
14:49
23
286
2038
Virtual karabakh

Avropa çempionumuz ilk döyüşdə uduzub medalsız qaldı

11 Yan, 2021
14:49
2038

Avropa çempionumuz ilk döyüşdə uduzub medalsız qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə “Masters” turnirinin ilk günü millimiz üçün uğursuz alınıb.

Belə ki, 66 kq çəkidə yarışan Nicat Şıxəlizadə və son Avropa çempionu Orxan Səfərov 1/16 finalda müvafiq olaraq moldovalı və israilli rəqiblərinə uduzaraq, mübarizəni dayandırıblar.

Qadınların yarışında mübarizəyə 48 kq çəki dərəcəsində qatılan Aişə Qurbanlı və Leyla Əliyeva müvafiq olaraq türkiyəli və mərakeşli rəqiblərini üstələsə də, 1/8 finalda uduzublar.

Belə ki, Leyla Əliyeva ispaniyalı Xulia Fiqueroaya, Aişə Qurbanlı yaponiyalı Funa Tonakiyə məğlub olub. Onlar 1/4 finala çatmadıqlarından, millimizin kişi həmkarları kimi yarışla medalsız vidalaşıblar.

Qeyd edək ki, sabah Azərbaycan millisinin nümayəndəsi yarışda olmayacaq. Komandamızdan yalnız Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi -100 kq) və İrina Kindzerskaya (+78 kq) yarışın son günündə – yanvarın 13-də çıxış edəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri