12 
Yan
2021
10:12
73
7
846
Virtual karabakh

Altı Dünya Kuboku barədə qərar verildi

12 Yan, 2021
10:12
846

Altı Dünya Kuboku barədə qərar verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, 13-14 fevral tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ləğv olunub.

Yarışın ləğv olunması dünyanı cənginə alan koronavirusun Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Bakıdakı Kubok ilə yanaşı, Beynəlxalq Gimnastika Federasiyası idman gimnastikası üzrə Dünya Kubokunun (Almaniya, 25-28 fevral) ləğv olunduğunu, o cümlədən akrobatika gimnastikası üzrə (Rusiya, 19-21 fevral; Portuqaliya, 5-7 mart; Belçika, 9-11 aprel) və aerobika gimnastikası üzrə dünya kuboklarının (Yaponiya, 24-25 aprel) təxirə salındığını açıqlayıb.

Qeyd edək ki, 4-7 mart 2021-ci il tarixlərində paytaxtımızda idman gimnastikası üzrə Dünya Kubokunun, bədii gimnastika üzrə Dünya Kubokunun (7-9 may), aerobika gimnastikası üzrə IX Dünya Yaş Qrupları Yarışları (21-23 may), aerobika gimnastikası üzrə XVI dünya çempionatının (27-29 may), batut gimnastikası və tamblinq üzrə XXXV dünya çempionatının (11-14 noyabr) və  XXVIII Dünya Yaş Qrupları Yarışlarının (19-22 noyabr) keçirilməsi nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri