12 
Yan
2021
12:28
42
74
2057
Virtual karabakh

Premyer Liqada koronavirus təqvimi alt-üst etdi

12 Yan, 2021
12:28
2057

Premyer Liqada koronavirus təqvimi alt-üst etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasında təqvim dəyişikliyi olub.

Oxu.Az xəbər verir ki, “Aston Vila” klubunda koronavirus yoluxması davam etdiyindən (əsas komandanın 10 futbolçusu karantinə alınıb – S.M.), “Totenhem”lə sabaha nəzərdə tutulmuş matç təxirə salınıb.

Əvəzində “Totenhem” bu tur London derbisinə çıxacaq. Belə ki, Joze Mourinyunun komandasının rəqibi sabah “Fulhem” olacaq. Həmin oyun hələ dekabrın 30-da keçirilməli idi, lakin “Fulhem”də yoluxma sayı üzündən baş tutmamışdı.

Həmçinin bu matçlara görə “Fulhem”in daha bir London derbi oyununda dəyişiklik edilib. “Çelsi” ilə matç bu cümə günündən şənbəyə keçirilib. “Aston Vila” – “Everton” matçı isə şənbədən bazara salınıb.

Qeyd edək ki, bu gün Premyer Liqanın XVIII turuna start veriləcək. Lakin cəmi altı matç üç gün ərzində keçiriləcək.

Xatırladaq ki, “Aston Vila” klubu koronavirusa yoluxma səbəbindən “Liverpul”la kubok matçına da 23 yaşadək komandanın və Akademiyanın futbolçuları ilə çıxıb. Nəticədə komanda son İngiltərə çempionu və turnir cədvəlinin hazırkı liderinə 1:4 hesabı ilə uduzub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri