12 
Yan
2021
17:31
48
370
3216
Virtual karabakh

“Formula-1”in təqvimində dəyişikliklər edildi: Bakıdakı yarış nə vaxtdır?

“Formula-1” üzrə dünya çempionatının yeni mövsümünün təqvimi açıqlanıb.

Oxu.Az turnirin saytına istinadən xəbər verir ki, təqvimdə ilk açıqlanandan fərqli, bir sıra dəyişikliklər olub. Mövsümdə rekord sayda – 23 yarışın olması yenə gündəmdədir.

Sadəcə, “Formula-1”ə əvvəl nəzərdə tutulduğundan bir həftə gec start veriləcək. İlk yarış martın 28-də Bəhreyndə olacaq. Əvvəl olmalı olan Avstraliya Qran Prisi isə ilin sonunda baş tutacaq.

Çin Qran Prisi səyahət məhdudiyyətləri səbəbindən planlandığı tarixdə keçirilməyəcək. Onun əvəzinə aprelin 18-də İtaliyanın İmola şəhərində yarış təşkil olunacaq. Çindəki yarış isə mövsümün sonunda ola bilər.

Mayın 2-də keçirilməli olan yarışın təşkilatçısı isə daha sonra bilinəcək. Qeyd edək ki, Azərbaycan Qran Prisi əvvəlki vaxtda – iyunun 6-da baş tutacaq.

“Formula-1”in 2021-ci il təqvimi

28 mart – Bəhreyn (Saxir)

18 aprel – İtaliya (İmola)

2 may – bilinmir

9 may – İspaniya (Barselona)

23 may – Monako (Monako)

6 iyun – Azərbaycan (Bakı)

13 iyun – Kanada (Monreal)

27 iyun – Fransa (Le Kastele)

4 iyul – Avstriya (Şpilberq)

18 iyul – Böyük Britaniya (Silverstoun)

1 avqust – Macarıstan (Budapeşt)

29 avqust – Belçika (Spa)

5 sentyabr – Niderland (Zandfoort)

12 sentyabr – İtaliya (Montsa)

26 sentyabr – Rusiya (Soçi)

3 oktyabr – Sinqapur (Sinqapur)

10 oktyabr – Yaponiya (Suzuka)

24 oktyabr – ABŞ (Austin)

31 oktyabr – Meksika (Mexiko)

7 noyabr – Braziliya (San Paulu)

21 noyabr – Avstraliya (Melburn)

5 dekabr – Səudiyyə Ərəbistanı (Ciddə)

12 dekabr – BƏƏ (Əbu Dabi/Yas adası)

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri