12 
Yan
2021
21:15
182
16
1963
Virtual karabakh

Ruslan Lunyov: “Olimpiadada hər iki növdə yarışacağam, əlavə lisenziyaya ehtiyacım yoxdur”

12 Yan, 2021
21:15
1963

Ruslan Lunyov: “Olimpiadada hər iki növdə yarışacağam, əlavə lisenziyaya ehtiyacım yoxdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən 2019-cu ildə 25 metr məsafəyə güllə atıcılığında Avropa çempionu olmaqla Tokio Olimpiadasına vəsiqə qazanmışam. Ona görə də 10 metr məsafəyə atıcılıq üçün lisenziya qazanmağıma ehtiyac yoxdur. Olimpiadada hər iki növdə yarışacağam”.

Bunu Oxu.Az-a açıqlamasında Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Ruslan Lunyov deyib.

Finlandiyanın Lohya şəhərində 26 fevral - 6 mart tarixlərində keçirilməli olan 10 metr məsafəyə güllə atıcılığı üzrə Avropa çempionatı pandemiya səbəbindən ləğv olunub.

Avropa Atıcılıq Konfederasiyası başqa ölkədə və ya başqa tarixdə Avropa çempionatının keçirilməsi mümkün olmayacağı təqdirdə, Olimpiada üçün kvota yerlərinin 31 May 2020-ci il tarixinə olan Avropa reytinqinə görə paylanacağını açıqlayıb.

İkinci variant olarsa, digər güllə atıcımız Nigar Nəsirovanın Olimpiadaya vəsiqə qazanması sual altına düşür.

Lunyov da reytinqlə Nigarın vəsiqə qazanmasının mümkünsüz olacağını bildirir:

“Nigar Nəsirova reytinqlə lisenziya qazanmalı olsa, 17-ci yer bəs etməyəcək. Çünki Finlandiyadakı Avropa çempionatında cəmi iki idmançıya lisenziya verilməli idi. Gərək reytinqdəki ilk 15 yer yarışlardan vəsiqə qazanmış olsun ki, 16 və 17-ci yerlərin sahibi kimi Nigar da lisenziya ala bilsin”.

O, özünü 25 metr məsafəyə yarışda daha inamlı hiss etdiyini də bildirib:

“50 metr məsafəyə güllə atıcılığı Tokio Olimpiadasında olmayacaq. Sonuncu dəfə 2016-cı il Rio Olimpiadasında keçirildikdən sonra ləğv edilib. İndi yalnız Olimpiya növləri 10 və 25 metr məsafəyə atıcılıqdır. Məndə daha uğurlu 25 metrdə olur. Bu növdə Avropa çempionu oldum, Olimpiadaya lisenziya qazandım.

İstərdim ki, Olimpiadayadək yarışlar keçirilsin. Keçən il də demək olar ki, yarışlar az olub. İndi pandemiya ilə bağlı Avropada çox pis vəziyyətdir. Aprelə kimi vəziyyət düzəlsə, onda yarışlar keçiriləcək, əks halda yenə olmayacaq”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri