13 
Yan
2021
10:42
191
8
1373
Virtual karabakh

Üç cüdoçumuz “Masters”də mübarizəyə qoşulur

13 Yan, 2021
10:42
1373

Üç cüdoçumuz “Masters”də mübarizəyə qoşulur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın daha üç cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən “Masters” turnirində mübarizəyə qoşulacaq.

Yarışın son günündə kişlərin mübarizəsində Zelim Kotsoyev və Elmar Qasımov (hər ikisi -100 kq), qadınlarda isə İrina Kindzerska (+78 kq) medal qazanmağa çalışacaq.

Osetin legionerimiz Kotsoyev 1/16 finalda Ramadan Darvişlə (Misir), Qasımov eyni mərhələdə Rafael Buzakarini (Braziliya) ilə üz-üzə gələcək.

Ukraynalı legionerimiz Kindzerska isə 1/8 finalda Sandra Yablonskite (Litva)/Yasmin Qrabovski (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışlara yerli vaxtla saat 10:00-da start veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri