13 
Yan
2021
16:01
76
28
1861
Virtual karabakh

Kompüter oyunları üzrə XIV Milli Çempionat başlayır

13 Yan, 2021
16:01
1861

Kompüter oyunları üzrə XIV Milli Çempionat başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gaming League Azerbaijan” (GLA) Azərbaycan Kiberidman Federasiyasıyla birlikdə Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, ölkədə yeganə qanuni mərc oyunu “Topaz”ın tərəfdaşlığıyla ilə 2021-ci ilin ilk turnirinə start verir. Ötən il başlayan “DOTA 2” kompüter oyunları üzrə XIV Milli Çempionatın yeni ildə ilk turnirində 12 komanda mübarizə aparacaq.

Reqlamentə əsasən, komandalar bir-biriylə qarşılaşacaq. Məğlub olan kollektiv aşağı səbətə enəcək. Buna baxmayaraq, ilk mərhələdə uduzan komandalar əsas finalda (Grand Final) iştirak etmək şansını itirməyəcək.

Yarışın ümumi mükafat fondu 1750 manat təşkil edir. Qalib komanda 1000 manat qazanacaq. İkinci və üçüncü yerlərin sahibləri müvafiq olaraq, 500 və 250 manat əldə edəcək. 
 
Yarışı canlı izləmək üçün:

“Twitch”: glahub

“Instagram” ünvanı: Glahub

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 10-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf edilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Kompüter oyunları üzrə XIV Milli Çempionat başlayır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri