13 
Yan
2021
16:16
312
12
2155
Virtual karabakh

Azərbaycanın iki cüdoçusu nüfuzlu yarışın finalında mübarizə aparacaq

13 Yan, 2021
16:16
2155

Azərbaycanın iki cüdoçusu nüfuzlu yarışın finalında mübarizə aparacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərin paytaxtı Dohada təşkil olunan cüdo üzrə “Masters” turniri davam edir.

Oxu.Az xəbər verir ki, millimizin iki legioneri finala yüksəlib.

100 kq çəki dərəcəsində Olimpiya, dünya və Avropa mükafatçımız Elmar Qasımov ilk görüşdə braziliyalı rəqibini 37 saniyəyə ippona salıb qalib gəlsə də, növbəti mərhələdə Peter Paltçikə (İsrail) uduzaraq mübarizəni dayandırıb. 

Həmin çəkidə digər idmançımız Zelim Kotsoyev ilk görüşdə misirli rəqibini məğlub edib. Şimali Osetiyadan (Rusiya) olan legionerimiz daha sonra Quham Ço (Koreya),  Şadi Əl-Nahas (Kanada) və Simeon Katarinanı (Niderland) yenməklə finala yüksəlib. Zelim həlledici qarşılaşmada Olimpiya mükafatçısı, ikiqat dünya (komanda şəklində) və səkkizqat (üçü fərdi, beşi komanda şəklində) Avropa çempionu gürcüstanlı Varlam Liparteliani ilə qarşılaşacaq.

Qadınların mübarizəsində İrina Kindzerskaya (+78 kq) ilk görüşündə Almaniya təmsilçisini məğlub edib. Ukraynalı legionerimiz ardınca Hayun Kim (Koreya), Hortens Vanessa Mballa Atanqananı (Kamerun) məğlubiyyətə uğradıb. Finalda İrina fransalı dünya mükafatçısı və ikiqat Avropa çempionu Roman Diko ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya cüdo turu seriyasından olan, Olimpiadaya lisenziya xalları qazandıran “Masters” nüfuzlu beynəlxalq yarışında 69 ölkədən 215 kişi və 184 qadın olmaqla, ümumilikdə 399 cüdoçu mübarizə aparır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri