14 
Yan
2021
11:31
306
21
7672
Virtual karabakh

Fransa səhvə görə Azərbaycandan üzr istədi - FOTOFAKT

14 Yan, 2021
11:31
7672

Fransa səhvə görə Azərbaycandan üzr istədi - FOTOFAKT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa Güləş Federasiyası Azərbaycanla bağlı səhvi düzəldib.

Oxu.Az-ın xəbərinə görə, 15-17 yanvar tarixlərində Fransanın Nitsa şəhərində 47-ci dəfə keçiriləcək güləş üzrə turnirdə Azərbaycanla bağlı səhvə yol verilib.

Belə ki, 1924-cü ildə Fransadakı Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə qızıl medal qazanmış Anri Deqlanın şərəfinə keçirilən Qran Pridə təşkilatçılar iştirakçı Azərbaycanın bayrağını loqoda əks etdirməyib.

Bundan xəbər tutan Azərbaycan Güləş Federasiyası dərhal məsələyə reaksiya verib və bu barədə təşkilatçılara iradını bildirib. Nəticədə təşkilatçı olan Fransa Güləş Federasiyası səhvini düzəldərək, loqoya Azərbaycan bayrağını da əlavə edib.

Həmçinin təşkilatçılar “Facebook” hesablarında səhvin siyasətlə bağlı olmadığını bildiriblər və buna görə üzr istəyiblər.

Qeyd edək ki, Azərbaycan millisi ilk dəfə bu turnirdə 2019-cu ildə iştirak edib. Bu, komandamızın Fransa Qran Prisində yarışacağı ikinci turnir olacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri