14 
Yan
2021
16:03
23
356
3055
Virtual karabakh

Arif Rəhimovdan Bakıda bu il keçiriləcək “Formula-1”lə bağlı AÇIQLAMA

14 Yan, 2021
16:03
3055

Arif Rəhimovdan Bakıda bu il keçiriləcək “Formula-1”lə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” Azərbaycan Qran Prisinin keçirilməsi 6 iyun tarixində nəzərdə tutulur.

Oxu.Az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, qurumun icraçı direktoru Arif Rəhimov yarışla bağlı dünən yayılan xəbərləri şərh edib:

“Formula 1 rəhbərliyi bir neçə gün əvvəl yarışın builki təqvimində bir sıra dəyişiklər edib, lakin buna baxmayaraq, dünya çempionatının Azərbaycan mərhələsinin keçirilməsi plana müvafiq olaraq 4-6 iyun tarixlərində Bakının mərkəzi küçələrində nəzərdə tutulur”.

Azərbaycan Qran Prisinin başlamasına beş ayın qaldığı bir ərəfədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbərlıyı yarışın keçirilməsini mümkün edəcək ssenarilər barədə düşünür, o cümlədən yarışı canlı izləmək imkanını nəzərdən keçirir.

“Formula-1”də yeni mövsüm martın 28-də Bəhreyn Qran Prisi ilə start götürəcək. Çempionata dekabrın 10-12-də Əbu-Dabidəki yarış ilə yekun vurulması planlaşdırılır. Yeni mövsüm mərhələlərin sayına görə rekorda imza atacaq. Belə ki, ilk dəfə 23 Qran Prinin keçirilməsi planlaşdırılır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri