15 
Yan
2021
00:15
322
12
2796
Virtual karabakh

“Grand Chess Tour”da Karlsen və Nakamuranı Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov əvəzləyəcək

15 Yan, 2021
00:15
2796

“Grand Chess Tour”da Karlsen və Nakamuranı Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov əvəzləyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahmat üzrə “Grand Chess Tour”un təqvimi və iştirakçılarının siyahısı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, FIDE-nin açıqladığı siyahıya görə, beş turniri əhatə edəcək turda 10 qrossmeyster mübarizə aparacaq.

Koronavirus səbəbindən 2020-ci ildə keçirilməli olan “Grand Chess Tour” təxirə salınsa da, təşkilatçılar bu il barəsində nikbin düşünürlər və beş yarış planlaşdırıblar.

Ötən ilin dəvət olunmuş 10 iştirakçısından ikisi yarışdan imtina ediblər. Bunlar amerikalı Hikaru Nakamura və norveçli Maqnus Karlsendir.

Buna səbəb hər iki ustanın sıx oyun qrafiki və 2021-ci ilin Karlsen üçün dünya çempionatı ilinin olmasıdır.

Onların əvəzinə isə iki Azərbaycan şahmatçısı “Grand Chess Tour”a dəvət edilib. Bunlar Şəhriyar Məmmədyarovla (2770) Teymur Rəcəbovdur (2765).

Azərbaycandan əlavə, ABŞ və Rusiya da iki nəfər şahmatçı ilə təmsil olunacaqlar.

İştirakçıların tam siyahısı aşağıdakı kimidir:

Fabiano Karuana (2823) və Uesli So (2770) – ABŞ,

Yan Nepomnyaşi (2789) və Aleksandr Qrişuk (2777) – Rusiya,

Maksim Vaşye-Laqrav (2784) – Fransa,

Dinq Liren (2791) – Çin,

Aniş Qiri (2764) – Niderland,

Levon Aronyan (2781) – Ermənistan.

Şahmat turu həm klassik, həm də rapid və blitsi əhatə edəcək.

Təqvim isə aşağıdakı kimi nəzərdə tutulub:

1. 3-15 iyun. Buxarest (Rumıniya). “Superbet Chess Classic”
2. 16-23 iyun. Paris (Fransa). “Paris Rapid & Blitz”
3. 5-12 iyul. Zaqreb (Xorvatiya). “Croatia Rapid & Blitz”
4. 9-16 avqust. Sent-Luis, Missuri (ABŞ). “St Louis Rapid & Blitz”
5. 16-28 avqust. Sent-Luis, Missuri (ABŞ). “Sinquefield Cup”

Zaur Xudiyev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri