15 
Yan
2021
11:00
262
8
1333
Virtual karabakh

Türkiyəli “Bürünc adam”: “Azərbaycanla aramızda səmimi mühit var”

15 Yan, 2021
11:00
1333

Türkiyəli “Bürünc adam”: “Azərbaycanla aramızda səmimi mühit var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə millisinin yunan-Roma güləşi üzrə Olimpiya, dünya və Avropa mükafatçısı Cenk İldəm Azərbaycan yığması ilə birgə təlim-məşq toplanışı keçməyin faydasından danışıb.

“Anadolu” agentliyinə danışan “Bürünc adam” ləqəbli (bir Olimpiada, üç dünya çempionatı, dörd Avropa çempionatı və Bakıda keçirilmiş I Avropa Oyunlarında bürünc medal qazanıb – S.M.), 35 yaşlı idmançı fikirlərini belə ifadə edib:

“Qardaş ölkə Azərbaycan dünya güləşində özünü sübut etmiş bir milli komandadır. Biz də eləyik. Birgə təlim-məşq toplanışları çox faydalı olur. Azərbaycanla aramızda səmimi mühit var. Ora gedəndə bizi öz vətəndaşları kimi qarşılayırlar. Dünya və Avropa çempionatlarında medal qazanmış çoxlu idmançıları var”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz yanvarın 5-dən İstanbulun Sarıyer bölgəsində Türkiyə yığması ilə birgə təlim-məşq toplanışı keçir. Sabah Türkiyə toplanışını başa vuracaq komandamız oradan Fransanın Nitsa şəhərində keçiriləcək Anri Deqlanın şərəfinə keçirilən ənənəvi Qran Priyə qatılacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri