15 
Yan
2021
11:21
79
5
961
Virtual karabakh

“Səbail”in qapıçısı: “Dünya çempionatına getmək arzusu və illüziyası ilə yaşayırıq”

15 Yan, 2021
11:21
961

“Səbail”in qapıçısı: “Dünya çempionatına getmək arzusu və illüziyası ilə yaşayırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səbail” klubunun qvatemalalı qapıçısı Nikolas Axen dünya çempionatında oynamaq istəyir.

Oxu.Az Qvatemalanın elperiodico.com.gt saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu 23 və 26 yanvarda ölkəsinin Puerto Riko ilə keçirəcəyi yoxlama oyunlarında iştirak etməyəcək.

Futbolçu hazırda diqqətini “Səbail”lə Azərbaycan Premyer Liqasına yönəldib. Bu matçlar qeyri-rəsmi matçlar olduğundan, Axen Azərbaycanda qalıb. Lakin futbolçu Kuba (24 mart), Britaniya Vircin adaları (27 mart), Sent Vinsent və Qrenadin (4 iyun) və Kurasao (8 iyun) ilə dünya çempionatının seçmə mərhələ matçlarında heyətdə yer alacağını bildirib:

“Həmin matçları birlikdə qazanmalıyıq. Hazırda çətin mərhələdəyik, həyatla ölüm arasındayıq. Dünya çempionatına getmək arzusu və illüziyası ilə yaşayırıq. Bunu reallaşdırmaq üçün hər şeylə mübarizə aparmalıyıq”.

Qeyd edək ki, Qvatemala CONCACAF zonasında C qrupunda mübarizə aparacaq. Yalnız qrup qalibi gələn il Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə üçün ikinci mərhələdə iştirak hüququ əldə edəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri