15 
Yan
2021
17:42
90
220
2439
Virtual karabakh

Fars futbolçu: “Azərbaycanda Məşhəd şəhərinin məşhur olduğunu bilmirdim”

15 Yan, 2021
17:42
2439

Fars futbolçu: “Azərbaycanda Məşhəd şəhərinin məşhur olduğunu bilmirdim”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda olmağımdan şadam. Mən karyeramda yeni təcrübə üçün özümə klub axtarırdım. Azərbaycan və “Sumqayıt” klubu barədə çox yaxşı şeylər eşitmişdim. Ona görə də bura gəlməyə qərar verdim”.

Bunu Oxu.Az-a açıqlamasında “Sumqayıt” klubunun üç gün əvvəl mövsümün sonunadək müqavilə bağladığı futbolçusu Höccət Haqverdi deyib.

27 yaşlı mərkəz müdafiəçisi keçidi haqda bunları bildirib:

“Özümü burda çox yaxşı hiss edirəm. Görürəm ki, komandada çox yaxşı oyunçularımız var. Həmçinin, çox yaxşı məşqçiyə (baş məşqçi Ayxan Abbasovu nəzərdə tutur – S.M.) də sahibik. Əminəm ki, cari mövsümün qalan hissəsində çox yaxşı nəticələr əldə edə bilərik. Bunun olması üçün şəxsən mən əlimdən gələnin ən yaxşısını edəcəyəm”.

“Zob Ahan” klubu ilə iki dəfə İran Kubokunu və bir dəfə Super Kuboku qazanmış Haqverdi daha sonra bunları deyib:

“Mən farsam, azərbaycanlı deyiləm. Məşhəddə doğulmuşam. Açığı, bura gələnədək Məşhəd şəhərinin Azərbaycanda məşhur olduğunu bilmirdim. Bu, çox gözəldir. Burda bir oyunçu da mənə hər il Məşhədə Azərbaycandan çoxlu zəvvar getdiyini bildirib”.

O, “Sumqayıt”ın iranlı futbolçularından kimləri tanıdıqlarını da söyləyib:

“Mehdi Şərifini tanıyıram. O da mənim kimi “Sumqayıt”a yeni keçib. Əli Qurbanini də tanıyıram. Amma onunla o qədər də ünsiyyətim olmayıb. Əlini bura gələnədək az tanıyırdım”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri