16 
Yan
2021
16:07
150
9
2222
Virtual karabakh

Azərbaycan millisinin məşqçisi MOİK-dən təklif alıb

16 Yan, 2021
16:07
2222

Azərbaycan millisinin məşqçisi MOİK-dən təklif alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan milli komandasının və “Neftçi”nin qapıçılarının məşqçisi Dmitri Kramarenko bildirib ki, Moskvanın MOİK futbol klubundan çalışma təklifi alıb.

Bu barədə Azerisport.com saytı məlumat yayır.

“Birdən belə bir təklif gəldi. Əvvəlcə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla əlaqə saxladım və buna necə münasibət bildirdiyini soruşdum. Sağ olsun ki, yaxşı qarşıladı”, - deyə Kramarenko bildirib.

O, millidəki və ordu klubundakı vəzifələrin birləşdirilməsi məsələsinə də toxunub və bunu istisna etməyib:

“Bu məsələ hələ MOİK-də müzakirə olunur. Hər iki tərəfə də uyğun bir qərar veriləcək”.

Kramarenko qeyd edib ki, onun namizədliyini qapıçı İqor Akinfeyev irəli sürüb, çünki MOİK-də birlikdə işləyiblər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri