17 
Yan
2021
17:09
238
26
3811
Virtual karabakh

Qazzayev Kramarenkonun MOİK-ə transferini yüksək qiymətləndirir

17 Yan, 2021
17:09
3811

Qazzayev Kramarenkonun MOİK-ə transferini yüksək qiymətləndirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya MOİK-inin sabiq baş məşqçisi Valeri Qazzayev Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun Moskva klubunda fəaliyyətə başlaması barədə Matç TV-yə müsahibə verib.

V.Qazzayev qeyd edib ki, D.Kramarenkonu əla qapıçı kimi çox yaxşı tanıyır: 

"Onun atası Sergey Kramarenko da dahi qapıçı olub. “Neftçi"nin heyətində SSRİ çempionatının bürünc medallarını qazanıb. Həmin vaxt Bakıda mükəmməl komanda var idi”.

Mütəxəssis Kramarenkonun həm Azərbaycan millisi, həm də MOİK-də işləməsinin mümkünlüyü ilə bağlı suala da aydınlıq gətirib: 

“Necə qərar verəcəklər, elə də olacaq. Amma fikrimcə, məsələn, Kramarenko bir həftəlik millinin düşərgəsinə yollansa, bu, problem olmayacaq. Həmin vaxt MOİK-in futbolçuları da öz yığmalarında olacaqlar”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri