18 
Yan
2021
14:42
111
64
2796
Virtual karabakh

Messi 12 oyunu buraxa bilər

18 Yan, 2021
14:42
2796

Messi 12 oyunu buraxa bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın hücumçusu Lionel Messi rəqibinin başına zərbə vurduğu üçün 12 oyunu buraxa bilər. Bu barədə İspaniya mətbuatı məlumat verir.

Qeyd edək ki, hadisə “Atletik”lə İspaniya Superkubokunun final matçında baş verib. Argentinalı oyunun bitməsinə bir dəqiqə qalmış meydandan qovulub. Lionel “Atletik”in oyunçusunu itələyib və hakim videotəkrarı izlədikdən sonra ona qırmızı vərəqə göstərib. Bu hadisə Messinin “Barselona” karyerasında bir ilk olub.

Əgər İntizam Komitəsi Messinin topa sahib olmayan oyunçuya hücum etdiyinə qərar versə, hücumçunun cəzası 4 -12 matç arasında dəyişə bilər.

Xatırladaq ki, İspaniya Superkubokunun final matçında “Atletik” əlavə vaxtda “Barselona” ya 3: 2 hesabı ilə qalib gəlib. “Barselona”nın oyunçusu Antuan Qrizmann matçda dubl edib. Qaliblər komandadan isə Oskar de Markos, Asyer Vilyalibre və İnyaki Uilyams fərqləniblər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri