19 
Yan
2021
15:08
153
27
1531
Virtual karabakh

İbrahimoviçin “Milan”ın çempionluğu barədə suala cavabı: “Mən Zlatana inanıram”

19 Yan, 2021
15:08
1531

İbrahimoviçin “Milan”ın çempionluğu barədə suala cavabı: “Mən Zlatana inanıram”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Milan”ın 39 yaşlı hücumçusu Zlatan İbrahimoviç 18-ci turda “Kalyari” səfərində qazanılan qələbəni şərh edib.

Bu barədə “Football İtalia” yazıb.

Z.İbrahimoviç vurduğu iki qolla komandasına qələbə qazandırıb.

“Hettrik üçün daha bir qol vura bilərdim, ancaq qələbə üçün dubl da kifayət etdi. Çox çətin oyun idi, üstəlik 74-cü dəqiqədən “Milan” azlıqda qaldı və daha çətin oldu. Gənc futbolçular məni motivasiya edir, onlar kimin daha çox qaça biləcəyi ilə bağlı mənə çağırış edirlər. Ancaq mən təslim olmuram, onlara göstərirəm ki, eyni iş həcmini göstərə bilərəm. “Milan”da hər şey yaxşıdır, demək olar ki, çempionluq yolunun yarısını keçmişik. Bundan sonra çətin olacaq, ancaq klubu Mario Mandzukiç və Sualiho Meyte tamamlayacaq, ola bilər başqa oyunçular da gəlsin.  Müqaviləmi uzatmaq? Bu, Paolo Maldinidən asılıdır. “Milan”da çox xoşbəxtəm. Bu qayıdış məni çox dəyişdi. Çempionluğa inanırammı? Mən Zlatana inanıram”, - deyə futbolçu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri