19 
Yan
2021
13:36
66
9
1772
Virtual karabakh

2020-ci ildə transferlərə ən çox pul xərcləmiş KLUBLAR

19 Yan, 2021
13:36
1772

2020-ci ildə transferlərə ən çox pul xərcləmiş KLUBLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FIFA Avropanın 2020-ci ildə ən çox transferlərə pul xərcləmiş 20 klubunun siyahısını açıqlayıb.

Oxu.Az xəbər verir ki, siyahının ilk 10 komandası sırasında İngiltərə Premyer Liqasının debütantı “Lids” də var. Top-20 bu klublardan ibarətdir:

1. “Çelsi” (İngiltərə)

2. “Mançester Yunayted” (İngiltərə)

3. “Mançester Siti” (İngiltərə)

4. “Barselona” (İspaniya)

5. “Yuventus” (İtaliya)

6. “Lids” (İngiltərə)

7. “Tottenhem” (İngiltərə)

8. “Benfika” (Portuqaliya)

9. “Napoli” (İtaliya)

10. “Vulverhempton” (İngiltərə)

11. “Arsenal” (İngiltərə)

12. “Bayern” (Almaniya)

13. “Atletiko” (İspaniya)

14. PSJ (Fransa)

15. “İnter” (İtaliya)

16. “Borusiya” (Dortmund, Almaniya)

17. “Leypsiq” (Almaniya)

18. “Lion” (Fransa)

19. “Bayer” (Almaniya)

20. “Lester” (İngiltərə)

Həmçinin 2020-ci ildə ən çox futbolçu transfer edilən klub bəlli olub.Ötən il 45 oyunçu “Mançester Siti”dən başqa komandaya keçib. İkinci sırada Zaqreb “Dinamo”su və İngiltərənin hazırda I divizionda çıxış edən “Votford” klubu gedir. Hər iki komandanı 43 futbolçu tərk edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri