19 
Yan
2021
14:06
10
113
2298
Virtual karabakh

Azərbaycanlı Olimpiya çempionu test nümunəsini dəyişdirməkdə ittiham olunur - FOTO

19 Yan, 2021
14:06
2298

Azərbaycanlı Olimpiya çempionu test nümunəsini dəyişdirməkdə ittiham olunur - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı ağırlıqqaldıran, Qazaxıstan millisinin üzvü, Olimpiya və dünya çempionu Nicat Rəhimov 2016-cı ildə Rio Olimpiadasında qazandığı qızıl medaldan məhrum edilə bilər.

Oxu.Az xəbər verir ki, Beynəlxalq Test Agentliyi (ITA) Rumıniyanı təmsil edən moldovalı Avropa çempionu Dmitri Kaptari və Nicat Rəhimovu öz urin (sidik) nümunəsini dəyişməkdə ittiham edir.

Bu üzdən hər iki idmançı müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb. Hazırda ITA əlavə məlumatlar üçün araşdırma aparır.

Qazaxıstan Ağır Atletika Federasiyası isə rəsmi bəyanat yayaraq Nicat Rəhimovun Almatıdakı təlim-məşq toplanışından kənarlaşdırıldığını, ITA-nın obyektiv araşdırmasına dəstək olacağını bildirib. Həmçinin qurum lazım olacağı halda, idmançıya hüquqi yardım göstəriləcəyini də vurğulayıb.

Qeyd edək ki, bu məlumatlar kanadalı idman hüququ üzrə akademik Riçard Maklarenin Almaniyanın ARD telekanalında əks olunan hesabatı əsasında üzə çıxıb.

Onu da bildirək ki, Nicat Rəhimov Azərbaycanı təmsil etdiyi vaxt 2013-cü ildə dopinqdən istifadəyə görə iki illik cəzalandırılıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri