19 
Yan
2021
14:24
100
7
1281
Virtual karabakh

Millimizin sabiq baş məşqçisi Qazaxıstan klubuna təyin olundu

19 Yan, 2021
14:24
1281

Millimizin sabiq baş məşqçisi Qazaxıstan klubuna təyin olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biro Jade kimi tanınan, braziliyalı məşqçi, futzal millimizin sabiq oyunçusu və çalışdırıcısı Nilson Maşado dos Santos Qazaxıstanın “Atırau” klubunda işləyəcək.

Oxu.Az xəbər verir ki, Azərbaycan pasportuna malik braziliyalı “Atırau”ya baş məşqçi təyin olunub.

Qeyd edək ki, Biro Jade 2010-cu ildə keçirilmiş Avropa çempionatında ən yaxşı bombardir olub. Oyunçu karyerası ərzində Moskva və Şyolkovo “Spartak”ında, “Araz”da və Ukraynanın “Uraqan” klublarında oynayıb. “Araz”la iki dəfə Azərbaycan, “Uraqan”la bir dəfə Ukrayna çempionu olub.

2012-ci ildən məşqçilik karyerasına başlayan Biro Jade əvvəlcə Azərbaycanın ikinci millisini çalışdırıb. Daha sonra fiziki hazırlıq üzrə əsas komandanın məşqçilər heyətinə daxil olub. 2017-ci ildə Azərbaycan millisi ilə bərabər “Araz”ı çalışdırıb. Onun son klubu artıq mövcudluğunu itirmiş Qazaxıstanın “Jetısu” klubu olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri