19 
Yan
2021
18:21
292
10
1407
Virtual karabakh

Vətən müharibəsində baş leytenant olan jurnalist mükafatlandırıldı - FOTO

19 Yan, 2021
18:21
1407

Vətən müharibəsində baş leytenant olan jurnalist mükafatlandırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 19-da Azərbaycan İdman Jurnalistləri Federasiyasında (AİJF) Vətən müharibəsinin iştirakçısı, idman jurnalisti Mahal Məmmədovla görüş keçirilib.

Mahal Məmmədovu İdarə Heyəti adından salamlayan AİJF prezidenti Qabil Mehdiyev bildirib ki, Vətən müharibəsində ümumilikdə beş idman jurnalistimiz iştirak edib və onların hər biri idman mediamızın fəxridir. AİJF prezidenti torpaqlarımızın azad edilməsi yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin hər zaman hörmətlə anılacağını qeyd edib.

Görüşdə AİJF-nin vitse-prezidentləri Firuz Abdulla, Mahir Rüstəmli, İdarə Heyətinin üzvü Elşən Məmmədov çıxış edərək Vətən müharibəsində idman jurnalistlərimizin də böyük şücaət göstərdiklərini qeyd ediblər və Mahal Məmmədova bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.

Səmimi görüşə görə, federasiya rəhbərliyinə təşəkkürünü bildirən Mahal Məmmədov müzəffər Azərbaycan Ordusunun sıralarında döyüşməkdən şərəf duyduğunu bildirib, qələbəyə aparan döyüş yolundan bəhs edib, xatirələrini bölüşüb.

Görüşdə Mahal Məmmədova AİJF-nin “İdman mediasının fəxri” mükafatı və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirak etmiş idman jurnalistləri ilə sayca üçüncü görüşdür. Bundan əvvəl dekabrın 30-da qazi Daşqın Əzizlə, yanvarın 9-da isə Anar Miriyev, Süleyman Vəliyev və Mehman Əşrəfovla görüş keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri