20 
Yan
2021
11:00
150
34
5639
Virtual karabakh

Mahir Emreliyə görə “Qarabağ”ın Polşa klubundan istədiyi məbləğ bilindi - FOTO

20 Yan, 2021
11:00
5639

Mahir Emreliyə görə “Qarabağ”ın Polşa klubundan istədiyi məbləğ bilindi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin və “Qarabağ”ın futbolçusu Mahir Emreli Polşanın “Zaqvembye” klubundan təklif alıb.

Oxu.Az xəbər verir ki, polşalı idman jurnalisti Pyotr Kozminski “Twitter” hesabındakı açıqlamada transferin detalı haqqında məlumat verib.

“Eşitdiyimə görə, “Zaqvembye” ona çox yaxşı müqavilə təklif edir. Ancaq hazırda yaya qədər müqaviləsi olan “Qarabağ” Azərbaycan millisinin hücumçusuna görə 200 min avro transfer məbləği istəyir”, - deyə o bildirib.

Qeyd edək ki, “Qarabağ” rəsmiləri mətbuata açıqlamasında onlara rəsmi təklifin gəlmədiyini bildirir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri