20 
Yan
2021
16:30
499
18
4960
yuxarı
“Barselona”, “Yuventus”, “Real” və “Mançester Yunayted” rəsmiləri 20 Yanvar şəhidlərini andı - FOTO
20 Yan, 2021
16:30
4960
499
18
“Barselona”, “Yuventus”, “Real” və “Mançester Yunayted” rəsmiləri 20 Yanvar şəhidlərini andı - FOTO
Bu gün Avropa Klublar Birliyi İşçi Qrupunun iclası keçirilib.
İşçi qrupunun sədr müavini, “Qarabağ” klubunun Baş meneceri Asif Əsgərov da iclasda iştirak edib.
İclasın bu günə təsadüf etməsi səbəbindən Ağdam klubunun baş menecerinin təşəbbüsü ilə 20 Yanvar hadisələri haqqında qrup üzvlərinə qısa məlumat verilib və faciə qurbanları iştirakçılar tərəfindən anılıb.
Xatırladaq ki, işçi qrupunda “Barselona”, “Borusiya” (Dortmund), “Bayer”, “Yuventus”, “Real”, “Lester”, “Ayaks”, “Tottenhem”, “Mançester Yunayted” və digər məşhur klubların nümayəndələri təmsil olunurlar.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək