21 
Yan
2021
16:12
177
13
1030
Virtual karabakh

Bakıdakı yarış ləğv olundu, Lissabondakı turnir təxirə salındı - RƏSMİ

21 Yan, 2021
16:12
1030

Bakıdakı yarış ləğv olundu, Lissabondakı turnir təxirə salındı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Karate Federasiyası (WKF) martda Bakıda keçirilməli olan karate üzrə Premyer Liqa turnirinin ləğv olunduğunu açıqlayıb.

Oxu.Az xəbər verir ki, WKF bundan başqa, 19-21 fevralda Portuqaliyanın paytaxtı Lissabonda keçirilməli olan ilin ilk Premyer Liqa yarışının təxirə salındığını açıqlayıb. Buna səbəb Portuqaliyada koronovirusun tüğyan etməsidir. Ləğv edilən yarış 30 aprel - 2 may tarixlərinə keçirilib.

12-14 martda Bakıda keçirilməli olan Premyer Liqa yarışı isə Azərbaycan Milli Karate Federasiyasının Gənclər və İdman Nazirliyi adından rəsmi WKF-ə məktub təqdim etməsindən sonra ləğv olunub. Həmin yarış Türkiyənin İstanbul şəhərində keçiriləcək. Həmçinin 7-11 mart tarixlərində karate hakimlərinin Bakıda keçirilməli olan kursu da eyni tarixdə İstanbulda baş tutacaq.

Qeyd edək ki, Bakıdakı Premyer Liqa yarışının ləğv olunduğunu və İstanbula keçirildiyini ilk olaraq Oxu.Az saytı üç gün əvvəl məlumat verib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri