21 
Yan
2021
18:13
325
20
1924
Virtual karabakh

Müharibədə iştirak etmiş idmançılar Milli Paralimpiya Komitəsində - FOTO

21 Yan, 2021
18:13
1924

Müharibədə iştirak etmiş idmançılar Milli Paralimpiya Komitəsində - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) və “Motivator Azerbaijan”ın birgə təşkilatçılığı ilə yeni layihəyə start verilib. 

MPK-dan Oxu.Az-a verilən məlumata görə, layihə çərçivəsində Vətən müharibəsinin qaziləri ilə ilk görüş keçirilib. Layihənin məqsədi Vətən müharibəsi qazilərinin idmana cəlb edilməsi, gənclərimizin qarşılarına qoyduqları məqsədə doğru irəliləməsində, sağlamlıqla olan problemlərə və əlilliyə baxmayaraq, ruhdan düşməmələri üçün dəstək olmaqdır.

Görüşdə MPK-nın baş katibi Kamal Məmmədov, “Motivator Azerbaijan” layihəsinin yaradıcısı Rüfət Həsənov, Gənclər və İdman Naziriliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, MPK-nin vitse-prezidenti və ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Azərbaycan Peşəkar Boks Federasiyasının vitse-prezidenti Fərhad Acalov iştirak edib.

İlham Zəkiyev bildirib ki, müharibə zamanı əlillik alan şəxslər bu günə qədər də MPK-nın milli komandalarının tərkibində iştirak edib, ölkəmizi beynəlxalq arenada böyük uğurla təmsil edir. Onların sırasında güllə atıcılığı idman növü üzrə komandanın baş məşqçisi Əkbər Muradov, həmin komandanın üzvü Elşən Cəbiyev, kamandan oxatma üzrə milli komandanın baş məşqçisi İlqar Abbasov kimi Qarabağ müharibəsi qazilərimiz var.

Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə idmançısı, aprel döyüşlərinin qazisi Elşən Cəbiyev yaralandıqdan sonra Paralimpiya hərəkatına qoşularaq idmançı kimi xidmətini idman arenalarında davam etdiyini və Vətən müharibəsinin qazilərinin də bu hərəkata qoşulmalarını çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri