24 
Yan
2021
18:15
56
104
3742
Virtual karabakh

Azərbaycan Kubokunda ilk 1/4 finalçı bəlli oldu - FOTO

24 Yan, 2021
18:15
3742

Azərbaycan Kubokunda ilk 1/4 finalçı bəlli oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan kubokunda 2020/21 mövsümünə start verilib.

Oxu.Az xəbər verir ki, turnir 1/8 final mərhələsi ilə başlayıb.

İlk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçı Bakıda oynanılıb.

“Səbail” öz meydanında birinci divizion komandası “Zaqatala”nı sınağa çəkib.

Görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:2.

Aftandil Hacıyevin yetirmələri növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq. 1/4 final görüşləri fevralın 1-2 və 6-7-də keçiriləcək.

Qeyd edək ki, 1/8 finalın digər 3 oyunu (14:00. “Turan Tovuz” – “Qəbələ”, 16:00. “Qaradağ Lökbatan” – “Zirə”, 17:00. “Sabah” – “Kəpəz”) yanvarın 25-də baş tutacaq.

Azərbaycan kuboku
1/8 final
24 yanvar (bazar)

“Səbail” – “Zaqatala” - 3:2
Qollar:
 Amil Yunanov, 26, (pen.), Adil Nağıyev, 62, Əfran İsmayılov, 84 - Roini İsmayılov, 31, 40

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri