25 
Yan
2021
05:00
394
31
2824
Virtual karabakh

Məsut Özil rəsmən “Fənərbağça”lı oldu - FOTO/VİDEO

25 Yan, 2021
05:00
2824

Məsut Özil rəsmən “Fənərbağça”lı oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Fənərbağça” klubu Məsut Özil ilə bağlı “Arsenal”la anlaşmanın əldə olunduğunu, futbolçu ilə 3.5 illik müqavilənin imzalandığını bəyan edib.

“Haber Global”dan verilən məlumata görə sarı-lacivərdli klubun “Tvitter” səhifəsində məsələ ilə bağlı açıqlama verilib:

“Yuxu gerçək oldu. Məsut Özül “Fənərbağça”mızdadır. “Arsenal”dan ödənişsiz olaraq transfer edilən oyunçu ilə 3.5 illik müqavilə imzalanıb. Ona sarı-lacivərdli idman geyimi ilə uğur dolu illər və çempionluqlar diləyirik. Xoş gəldin, Məsut!”.

Qeyd edək ki, ulduz oyunçu futbol karyerasında Almaniyanın “Şalke04”, “Verder” Bremen, “Real” Madrid və “Arsenal” kimi klublarda çıxış edib. Klub səviyyəsində keçirdiyi 560 oyunda 88 qol vurub və 216 məhsuldar ötürmə edib.

Almaniya yığmasında 92 matça çıxan futbolçu 63 qol və 40 məhsuldar ötürmə ilə fərqlənib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri