25 
Yan
2021
10:08
97
8
2191
Virtual karabakh

Millimizin sabiq oyunçusu üçün səsvermə başlayır

25 Yan, 2021
10:08
2191

Millimizin sabiq oyunçusu üçün səsvermə başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Atletlər Komissiyasının üzvlərinin müəyyənləşdirilməsi üçün bu gündən səsvermə keçiriləcək.  

Oxu.Az xəbər verir ki, 16 namizəd arasında qadın voleybol millimizin Braziliyanın “Sesi Bauru” klubunda çıxış edən sabiq üzvü Polina Rəhimova da var.

Səsvermə prosesi yanvarın 31-də başa çatacaq. Səslər bərabər olacağı halda, ikinci səsvermə 2-3 fevral tarixlərində keçiriləcək.

Qeyd edək ki, Atletlər Komissiyası 10 üzvdən ibarət olacaq. Onlardan beşi voleybolçular, beşi isə FIVB-nin braziliyalı prezidenti Ari Qrasa tərəfindən seçiləcək. Səsvermə onlayn formada baş tutacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri