26 
Yan
2021
03:30
85
10
1994
Virtual karabakh

Mourinyo Beylin oyuna necə qayıdacağını izah etdi

26 Yan, 2021
03:30
1994

Mourinyo Beylin oyuna necə qayıdacağını izah etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo komandanın futbolçusu Qaret Beylin nəyə görə kifayət qədər oyun təcrübəsi əldə etmədiyinə aydınlıq gətirib.

Bu barədə “Sky Sports” məlumat yayıb.

“Mən ona oyun vaxtı verməyə hazır deyiləm. Onun bir neçə il ərzində hansı çətinliklərlə qarşılaşdığını hamımız bilirik. Biz hamımız bilirik ki, o, zədəli şəkildə gəlib. Hətta bu mövsüm də kiçik zədələrinin olduğunu hamımız bilirik. Onun üçün ən əsası əzmkar olmaq və problemsiz məşq etməkdir. Oyunçu stabil məşq etdikdə heç bir nüans olmadan yüksək intensivliyə tab gətirir. O zaman hazır olur. Ona oyun vaxtı vermək lazım deyil, dəqiqələr qazanılmalıdır. Fərq bundadır”, - deyə J.Mourinyo bildirib.

Xatırladaq ki, 31 yaşlı Beyl “Tottenhem”ə Madrid “Real”ından 2020-ci ilin 19 sentyabrında qayıdıb. Cari mövsümdə dörd qarşılaşmaya çıxıb və bir qol vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri