25 
Yan
2021
15:39
98
18
1338
Virtual karabakh

Azərbaycanlı mütəxəssis beynəlxalq qurumun Texniki Komitəsinin üzvlüyünə namizəd oldu

25 Yan, 2021
15:39
1338

Azərbaycanlı mütəxəssis beynəlxalq qurumun Texniki Komitəsinin üzvlüyünə namizəd oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Hakimlər Kollegiyasının beş üzvündən biri olan Vahid Nəzərov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasında Texniki Komitəyə üzv seçilə bilər.

Bu barədə Oxu.Az-a Azərbaycan AAAF-dan məlumat veriblər. Federasiya beynəlxalq quruma onun üzvlüyünü təqdim edib.

Qeyd edək ki, seçkilər martın sonlarında Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Onu da bildirək ki, Vahid Nəzərov uzun illər ağırlıqqaldırma üzrə millimizin baş məşqçisi işləyib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri