26 
Yan
2021
11:12
8
66
750
Virtual karabakh

RUSADA iki illik sanksiyadan şikayət etməyəcək- SƏBƏBLƏR

26 Yan, 2021
11:12
750

RUSADA iki illik sanksiyadan şikayət etməyəcək- SƏBƏBLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Anti-Dopinq Agentliyi (RUSADA) İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından şikayət etməyəcək.

Oxu.Az xəbər verir ki, RUSADA qərardan narazı olsa da, bundan sonrakı prosesdə Ümumdünya Anti-Dopinq Agentliyi (WADA) ilə əməkdaşlıq etməkdə maraqlıdır.

Qeyd edək ki, RUSADA-nın WADA-nın qoyduğu anti-dopinq qaydalarını pozması aşkar edildikdən sonra, Rusiya Olimpiya Komitəsi 2018-ci ilin dekabrında dörd illik cəzalandırılıb. Ötən ay isə bu cəza CAS tərəfindən iki ilə endirilib.

Qərara əsasən, Rusiya idmançıları Tokio-2020 Yay Olimpiadası, Pekin-2022 Qış Olimpiadası və 2022-ci il futbol üzrə dünya çempionatında neytral idmançı qismində çıxış edə bilər (məsələn, hazırda Misirdə keçirilən kişi həndbolçuların dünya çempionatında bu ölkə Rusiya Həndbol Federasiyası adı altında çıxış edir – S.M.). Onlar podiuma çıxacağı halda, Rusiya bayrağı qaldırılmayacaq və dövlət himni səsləndirilməyəcək.

Həmçinin, 2022-ci ilin dekabrın 16-dək Rusiya Olimpiya idman növləri üzrə dünya çempionatlarına ev sahibliyi edə bilməz.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri