26 
Yan
2021
11:33
138
13
2773
Virtual karabakh

18 yaşlı şahmatçı kumiri olduğu dünya çempionunu məğlub edib - FOTO + VİDEO

26 Yan, 2021
11:33
2773

18 yaşlı şahmatçı kumiri olduğu dünya çempionunu məğlub edib - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niderlandın Veyk aan Zee şəhərində keçirilən şahmat üzrə 83-cü Tata Steel Masters turnirində sensasiya yaşanıb.

Oxu.Az xəbər verir ki, 18 yaşlı rusiyalı şahmatçı Andrey Yesipenko VIII turda norveçli dünya çempionu Maqnus Karlseni məğlub edib. Bundan sonra Yesipenko sevincini gizlədə bilməyib.

Dörd il öncə onunla görüşməyi arzulayan Yesipenko kumirini məğlub etməklə sensasiyaya imza atıb. Bu, Karlsenin 2011-ci ildən sonra yeniyetmə şahmatçıya uduzduğu ilk belə haldır.

Qeyd edək ki, Andrey Yesipenko beş xalla hazırda üçüncü, Maqnus Karlsen isə dörd xalla səkkizinci yerdədir. İlk sırada isə 5,5 xalla FIDE bayrağı ilə yarışan iranlı Əlirza Firuzca qərarlaşıb. Yarış yanvarın 31-də başa çatacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri