26 
Yan
2021
12:36
120
10
1313
Virtual karabakh

Rusiyalı məşqçi Azərbaycandakı şəraiti təriflədi

26 Yan, 2021
12:36
1313

Rusiyalı məşqçi Azərbaycandakı şəraiti təriflədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda atamla birlikdə çalışmaq çox maraqlı idi”.

Bunu sport24.ru saytına müsahibəsində “Qəbələ” futbol klubunun sabiq məşqçisi Andrey Syomin deyib.

2013/14 mövsümündə “qırmızı-qaralar”da atası Yuri Syominin köməkçisi vəzifəsində çalışmış A.Syomin Azərbaycan futbolu barədə müsbət fikirlər səsləndirib:

“Azərbaycanda futbol kifayət qədər yaxşı səviyyədədir. Çempionatın təşkilatçılığı və şərait çox xoşuma gəldi. Biz “Qəbələ” ilə çempionatda üçüncü yeri tutduq və kubokun finalında penaltilərlə məğlub olduq”.

Andrey Syomin “Qəbələ”dən ayrılmalarının səbəbini də izah edib:

“Yuri Palıç belə istədi. Ona qalmağı təklif etdilər, çox güclü şərtlərlə razı salmağa çalışdılar. Ancaq “Mordoviya”ya getməyə qərar verdi. Əgər məni və Yuri Mixayloviçi (“Qəbələ”nin digər köməkçi məşqçisi Baturenkonu nəzərdə tutur – S.M.) saxlamaq istəsəydilər, məmnuniyyətlə işimizi davam etdirərdik. Ancaq heç kim bizi Yuri Palıçsız saxlamaq istəmədi”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri