27 
Yan
2021
09:00
238
24
4516
Virtual karabakh

Makqreqor altı ay müddətinə döyüşlərdən kənarlaşdırıldı

27 Yan, 2021
09:00
4516

Makqreqor altı ay müddətinə döyüşlərdən kənarlaşdırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor altı ay müddətinə rinqdən kənarlaşdırılıb.

Bu barədə “MMAJunkie” resursu məlumat yayıb.

Məlumatda bildirilir ki, irlandiyalı sırf tibbi səbəblərdən döyüşlərə buraxılmayacaq. Belə ki, sonuncu döyüşündə o, ciddi zədələr alıb.

Xatırladaq ki, Makqreqor son döyüşünü yanvarın 24-də amerikalı Dastin Puaryeyə qarşı keçirib.

Əbu-Dabidə UFC 257 turniri çərçivəsində keçirilən qarşılaşmada Puarye rəqibini nokauta göndərib.

Qeyd edək ki, Makqreqorun hesabında 27 döyüşdə 22 qələbə var.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri