26 
Yan
2021
15:24
110
12
1249
Virtual karabakh

Velosiped millimiz bir aylıq Türkiyəyə getdi

26 Yan, 2021
15:24
1249

Velosiped millimiz bir aylıq Türkiyəyə getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şose velosipedi üzrə elit, U-23 və gənclərdən ibarət yığma komandalarımız Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təlim-məşq toplanışında iştirak etmək üçün Türkiyənin Alanya bölgəsinə yola düşüb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Oxu.Az-a verilən məlumata görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında fevralın 5-dək davam edəcək hazırlıq prosesində 10 idmançımız iştirak edəcək.

Təlim-məşq toplanışının ardınca komanda üzvlərimiz fevralın 6-dan 22-dək Alanya və Antalya bölgələrində təşkil ediləcək müxtəlif kateqoriyalı beynəlxalq yarışlarda iştirak edəcəklər. Ölkəmizin elit yığma komandasının üzvü, Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov da Türkiyənin “Salcano Sakarya” kontinental klubunun heyətində Alanyada hazırlıq prosesinə qatılıb.

Vahid idman təqvim planına əsasən, 2021-ci ildə yığma komanda üzvlərimiz Tokio Yay Olimpiya Oyunları, Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları, Dünya və Avropa çempionatları, həmçinin Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) bayrağı altında keçiriləcək xeyli nüfuzlu beynəlxalq yarışlarda iştirak etməlidir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri