26 
Yan
2021
17:40
201
20
3353
Virtual karabakh

Danimarka Super Liqa klubu Azərbaycan yığmasının müdafiəçisini istəyir - “Sabah”dan AÇIQLAMA - YENİLƏNİB

26 Yan, 2021
17:40
3353

Danimarka Super Liqa klubu Azərbaycan yığmasının müdafiəçisini istəyir - “Sabah”dan AÇIQLAMA - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah” klubu millimizin futbolçusu Bəhlul Mustafazadənin Danimarkanın “Vayle” klubu tərəfindən istənilməsinə münasibət bildirib.

Bakı klubundan Oxu.Az-a bildirilib ki, Vayle təmsilçisindən rəsmi müraciət olub.

Lakin klublar futbolçunun icarə müqaviləsində razılığa gələ bilməyiblər. Bu üzdən də keçid baş tutmayacaq.

17:24

Danimarkanın “Vayle” klubu millimizin və “Sabah”ın futbolçusu Bəhlul Mustafazadəni transfer etmək istəyir.

Oxu.Az xəbər verir ki, bu barədə Danimarka mətbuatı məlumat yayıb.

Yutlandiya yarımadasında yerləşən Vayle şəhərinin klubu 27 yaşlı xorvat yarımmüdafiəçi Denis Kolinqeri transfer etsə də, bu qış müdafiə xəttinin də gücləndiriləcəyi deyilir.

Bunun üçün Danimarka Super Liqa klubu 23 yaşlı mərkəz müdafiəçisi olan Bəhlulu istəyir. Klub daha sonra almaq şərti ilə onu icarəyə götürmək istəyir.

Xatırladaq ki, Bəhlul Mustafazadənin adı 2019-cu ilin aprelində Şotlandiya nəhəngləri – “Seltik” və “Reyncers” klubları ilə də yanaşı çəkilib.

Qeyd edək ki, rumıniyalı Konstantin Qılkenin baş məşqçisi olduğu komanda hazırda Danimarka Super Liqasının debütantıdır. Komanda hazırda 13 turdan sonra 15 xalla 10-cu sıradadır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri