27 
Yan
2021
09:48
86
19
2243
Virtual karabakh

İsrafilov İspaniyada sabiq komandasına qol vurdu, sevinmədi - VİDEO

27 Yan, 2021
09:48
2243

İsrafilov İspaniyada sabiq komandasına qol vurdu, sevinmədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Albasete” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov La Liqa Smartbankda (I divizion) növbəti qolunu vurub.

Oxu.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi XXII turda “Alkorkon”la matçda fərqlənib.

O, 30-cu dəqiqədə sol ayaqla baxımlı qola imza atıb və komandasını hesabda önə çıxarıb. İsrafilov 2018-2019-cu illərdə oynadığı sabiq komandasına qol vurduğu üçün sevinməyib.

Eddinin 90 dəqiqə oynadığı görüş “Albasete”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda bu nəticədən sonra sonuncu sıradan qurtulub. “Albasete” 21 xalla 19-cu pillədədir.

Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ilin avqustun 12-də “Albasete” ilə dörd illik müqavilə bağlayıb. O, cari mövsüm bu komandada ikinci qolunu vurur.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri