27 
Yan
2021
13:45
130
14
1118
Virtual karabakh

Azərbaycanda tablo işləmədiyi üçün klub cərimə olundu

27 Yan, 2021
13:45
1118

Azərbaycanda tablo işləmədiyi üçün klub cərimə olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA-nın İntizam Komitəsinin 2021-ci ildə ilk iclası keçirilib.

Oxu.Az xəbər verir ki, yığıncaqda Premyer Liqanın XIV turunda baş verənlər müzakirə olunub.

“Zirə” – “Qəbələ” oyununda stadiondakı hesab tablosu işlək vəziyyətdə olmadığı üçün meydan sahibi 800 manat cərimələnib. Hər iki klubun dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər komanda 800 manat məbləğində ödəniş etməli olacaq.

“Səbail” – “Neftçi” matçında qonaqların beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Sumqayıt”la qarşılaşmanın 38-ci dəqiqəsində “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Keşlə”nin futbolçusu Elçin Mustafayev isə bir matçlıq diskvalifikasiya edilib. O, klubunu 200 manat xərcə salıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri