27 
Yan
2021
16:54
133
14
1338
Virtual karabakh

“Qəbələ” Şimali Makedoniya klubu ilə qarşılaşacaq

27 Yan, 2021
16:54
1338

“Qəbələ” Şimali Makedoniya klubu ilə qarşılaşacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Gənclər Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib.

Tədbirdə 1/32 finalın cütləri müəyyənləşib.

Çempionlar yolunda mübarizə aparan “Qəbələ”nin rəqibi də bəlli olub. “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu mərhələdə Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

Bir oyundan ibarət mərhələnin görüşləri martın 2-3-də baş tutacaq. “Qırmızı-qaralar” 1/16 finala vəsiqə uğrunda matçı səfərdə keçirəcək.

Püşkatmadan öncə “qırmızı-qaralar”ın potensial rəqibləri “Şkendiya”dan başqa, “Çertanovo” (Rusiya), “Dinamo” (Belarus), “Kayrat” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Ludoqorets” (Bolqarıstan) və “Şerif” (Moldova) klubları idi.

Qeyd edək ki, cari mövsümdə “Şkendiya”nın əsas komandası da UEFA Avropa Liqası çərçivəsində “Sumqayıt”la qarşılaşıb. Bundan başqa, “Qarabağ” və “Neftçi” də avrokuboklarda Şimali Makedoniya klubları ilə mübarizə aparıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri